Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 17 milyard 651,527 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 33,7 % artaraq 7 053 olub.
BFB-nin dövriyyəsinin 72,7 %-i, yaxud 12 milyard 825,129 milyon manatı repo əməliyyatları üzrə əqdlərin payına düşüb. Bu, illik müqayisədə 3,3 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 14,7 % artaraq 3 653,513 milyon manat, korporativ qiymətli kağızları üzrə əqdlərin dəyəri isə 72,4 % artaraq 1 milyard 172,885 milyon manat olub.