“Bakı Çinar Soyuducuları” zavodunın zərəri 28 % artıb

“Bakı Çinar Soyuducuları” zavodunın zərəri 28 % artıb “Bakı Çinar Soyuducuları” ASC ötən ili 142 min manat zərərlə başa vurub
Maliyyə
12 İyun , 2021 11:45
“Bakı Çinar Soyuducuları” zavodunın zərəri 28 % artıb

“Bakı Çinar Soyuducuları” ASC ötən ili 142 min manat zərərlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 27,9 % çoxdur.

Ötən il “Bakı Çinar Soyuducuları”nın əməliyyat gəliri 360,9 min manat (illik müqayisədə 33,3 % çox), sair əməliyyat gəliri 699 min manat (2,3 dəfə çox), o cümlədən istifadə edilmiş material ehtiyyatları 323 min manat (77,5 % çox), işçi heyəti üzrə xərclər 75,7 min manat (40,2 % çox), amortizasiya xərcləri 144 min manat (17,7 % az), sair əməliyyat xərcləri isə 659 min manat (2,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Çinar Soyuducuları”nın aktivləri 4,965 milyon manat olub ki, bu da, illik müqayisədə 5,5 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri dəyişməyərək 2,367 milyon manat, balans kapitalı isə 10 % azalaraq 2,598 milyon manata enib.

Xatırladaq ki, “Bakı Çinar Soyuducuları” kommersiya qurumu kimi 1959-cu ildən fəaliyyət göstərən Bakı Soyuducular zavodunun bazasında 2002-ci ildə yaradılıb. Zavodun nizamnamə kapitalı 1,781 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi