“Bakcell” jurnalistlər üçün təlim keçirir

“Bakcell” jurnalistlər üçün təlim keçirir Şəki. 21 dekabr. REPORT.AZ/ Bu gün “Bakcell” MMC-nin Şəkidə media nümayəndələri üçün təlimi başlayıb.
Maliyyə
21 Dekabr , 2018 11:44
“Bakcell” jurnalistlər üçün təlim keçirir
0 : 00
0 : 00

Şəki. 21 dekabr. REPORT.AZ/ Bu gün “Bakcell” MMC-nin Şəkidə media nümayəndələri üçün təlimi başlayıb.

“Report” xəbər verir ki, 30-dan artıq jurnalistin qatıldığı təlim sabah başa çatacaq.

"Mobil telekommunikasiyaya giriş" mövzusunda keçirilən təlimin ilk günü Şirkətin Məhsulların İdarə Edilməsi Departamentinin rəhbəri Cəlil Xəlilov hazırda dünyada, o cümlədən Azərbaycanda internetdən istifadənin vəziyyəti və mobil internetin dünya internet bazarındakı payı ilə bağlı məlumat verib.

“Hazırda dünya əhalisinin sayı 7,593 mlrd. nəfərdir. Bunun 53%-i və yaxud 4,021 mlrd. nəfəri internet istifadəçisidir. Aktiv sosial media istifadəçilərin sayı 3,196 mlrd. nəfər (42%), aktiv mobil sosial şəbəkə istfadəçilərinin sayı 2,958 mlrd. nəfər (39%) nəfərdir. Dünya əhalisinin 68%-i və yaxud 5,135 mlrd. nəfəri mobil telefon istifadəçisidir. Azərbaycanda isə əhalinin 78%-nin internetə çıxışı var. Onların 56%-i ev şəraitindəki internetdən, 55%-i mobil internetdən istifadə edir. Cəmi 21%-i isə ictimai WiFi–dan istifadə edir. Hazırda mobil telefon istifadəçilərinin yarısından çoxu mobil internetdən yararlanır. İnsanlar arasında mobil əlavələrdən istifadə vərdişi artmaqdadır. Mobil internetə maraq və asılılıq olduqca güclüdür", - deyə o, qeyd edib. 

Bundan başqa, C.Xəlilov bildirib ki, "Bakcell"in araşdırmasına görə, Azərbaycanda internetdən aylıq istifadənin həcmi orta hesabla 60GB-dır.

Son xəbərlər

Orphus sistemi