Bakı Fond Birjasının dövriyyəsi illik 37% azalıb

Bakı Fond Birjasının dövriyyəsi illik 37% azalıb Dövlət qiymətli kağızlar bazarı 33,4 dəfə artıb
Maliyyə
12 Dekabr , 2016 16:48
Bakı Fond Birjasının dövriyyəsi illik 37% azalıb

Bakı.12 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 5 209,962 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,7% azdır.

"Report" bu barədə BFB istinadən xəbər verir.

Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 33,4 dəfə artaraq 685,1 mln. manata yüksəlib. Bunun 524,7 mln. manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları, 160,4 mln. manatı isə Mərkəzi Bankın notlarının payına düşür.

Qeyd olunan dövrdə pay bazarı 57,4% azalaraq 117,7 mln. manat təşkil edib. Borc alətləri bazarı isə 6 dəfə azalaraq 278,4 mln. manata enib.

Son xəbərlər

Orphus sistemi