Bağlanmış 4 bankın əmanətçilərinə 480 milyon manata yaxın vəsait ödənilib

Bağlanmış 4 bankın əmanətçilərinə 480 milyon manata yaxın vəsait ödənilib Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 20,36 min qorunan əmanətçisinə 480 milyon manat kompensasiya ödəyib.
Maliyyə
25 Avqust , 2020 16:16
Bağlanmış 4 bankın əmanətçilərinə 480 milyon manata yaxın vəsait ödənilib
0 : 00
0 : 00

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 20,4 min qorunan əmanətçisinə 479,7 milyon manat kompensasiya ödəyib.

"Report" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 8,4 min əmanətçisi 192,3 milyon manat, “Amrah Bank”ın 5,3 min əmanətçisi 127 milyon manat, “AGBank”ın 3,2 min əmanətçisi 57,6 milyon manat, “NBC Bank”ın isə 3,5 min əmanətçisi 102,9 milyon manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Son xəbərlər

Orphus sistemi