​Azərbaycanda kredit qoyuluşlarının həcmi 19% artıb

​Azərbaycanda kredit qoyuluşlarının həcmi 19% artıb Son bir ildə problemli kreditlərin həcmi 22% artıb
Maliyyə
4 Noyabr , 2014 08:00
​Azərbaycanda kredit qoyuluşlarının həcmi 19% artıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi illik müqayisədə 19,2% artaraq 2014-cü il oktyabrın 1-nə 17 631,6 mln. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstərici ilin əvvəlindən 14,3% artıb.

Qeyd edək ki, kredit qoyuluşlarının artımı və artım tempi ötən illə müqayisədə azalıb. Belə ki, bu il 9 aylıq artım 2,209 mlrd. manat, ötən ilin 9 ayında isə 2,550 mlrd. manat (artım tempi 20,8%) təşkil edib. Bu azalma əsasən istehlak kreditləri hesabına baş verib. Belə ki, İstehlak kreditləri üzrə 9 aylıq artım 1,039 mlrd. manat, ötən ilin 9 ayında isə 1,372 mlrd. manata bərabər olub. Ümumiyyətlə, kredit qoyuluşlarının tərkibində istehlak kreditlərinin payına 7,253 mlrd. manat və ya 41,1% düşür. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 27,5%, xüsusi çəkisi isə 2,6 faiz bəndi artıb.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin oktyabrın 1-nə 973,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 22,4% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,4%-dən 5,5%-dək artıb.

Son xəbərlər

Orphus sistemi