Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9% artıb Bu ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 9,5% azalıb
Maliyyə
19 Avqust , 2014 06:06
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9% artıb

Bakı. 19 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 18,133 mlrd. ABŞ dolları təşkil edib. Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 9,5% azalıb.

Qiymətləndirilən dövrdə malların ixracı 13,249 mlrd. dollar təşkil edib ki, bu da 2013-cü ilin eyni dövrünün göstəricisindən 4,44% azdır. Bununla belə, 7 ay ərzində 4,864 mlrd. dollar həcmində mal idxal olunub və bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 20,97% aşağıdır.

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 8,364 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin 7 aylıq göstəricisindən 8,89% çoxdur. 

Ümumilikdə, Azərbaycan 7 732 adda mal ixrac və 5 436 adda mal idxal edib. 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 34,687 mlrd. dollar təşkil edib. Ölkənin xarici ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 3,35% artıb. Malların ixracı 23,975 mlrd. dollar, idxalı 10,712 mlrd. dollar təşkil edib. Ticarət dövriyyəsinin müsbət saldosu 13,263 mlrd. dollar olub. Ümumilikdə, ötən il Azərbaycandan 2 111 adda mal ixrac, 6 159 adda mal idxal olunub.

Son xəbərlər

Orphus sistemi