Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 21% azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 21% azalıb Saldonun həcmi 1,6 mlrd. dollara düşüb
Maliyyə
15 Sentyabr , 2014 08:45
Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 21% azalıb

Bakı. 15 sentyabr. REPORT.AZ/. Azərbaycanın 2014-cü ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3 186,5 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından “Report”a verilən məlumata görə, bunun 2 383,8 mln. dollarını və ya 74,8%-ni Azərbaycandan ödənişlər, 802,7 mln. dollarını və ya 25,2%-ni ölkəyə gəlirlərlə bağlı olan daxilolmalar təşkil edib.

Beləliklə, 2014-cü ilin ilk yarısında gəlirlər üzrə tədiyyə balansında 1 581,2 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 20,8% azdır. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan həyata keçirilən ödənişlər ölkəyə daxil olan ödənişləri 3 dəfə üstələyir.

Azərbaycandan ödənişlərin əsas hissəsini (1,9 mlrd. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərin repatriasiyası (əsasən, xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (149,4 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (240,9 mln. dollar) təşkil edir.

Gəlirlər üzrə mənfi saldonun strukturunda 1 819,1 mln. dolları neft-qaz sektorunun payına düşüb və beləliklə, digər sahələr üzrə 237,9 mln. dollar həcmində müsbət saldo müşahidə olunub. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 11 dəfə üstələyir (ödənişlər - 2 001,0 mln. dollar, daxilolmalar - 182,0 mln. dollar olub). Digər sahələr üzrə isə daxilolmalar ödənişləri 62,3% üstələyir (ödənişlər - 382,8 mln. dollar, daxilolmalar - 620,7 mln. dollar olub).

Son xəbərlər

Orphus sistemi