​Azərbaycanda son 8 ayda sığorta haqlarının məbləği 7,6 mln. manatı keçib

​Azərbaycanda son 8 ayda sığorta haqlarının məbləği 7,6 mln. manatı keçib Avqust ayında 98 620 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.
Maliyyə
3 Sentyabr , 2014 15:34
​Azərbaycanda son 8 ayda sığorta haqlarının məbləği 7,6 mln. manatı keçib
Bakı. 3 sentyabr. REPORT.AZ/ Avqust ayında 98 620 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

Bu barədə “Report”a İcbari Sığorta Bürosundan (İSB məlumata verilib. Məlumata görə bunlardan 24,7 mini Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan xarici avtomobillərdir.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,6 mln. manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 44,36%, sığorta haqlarının məbləğində 49,99 % artım müşahidə edilib.

Ümumilikdə cari ilin ilk 8 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 614 mindən çox sığorta müqaviləsi bağlanılmış və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 45,7 milyon manat təşkil edib. 2014-cü ilin ilk 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,94 %, sığorta haqlarının məbləğində isə 6,33 % artım müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi