​Azərbaycanda quraşdırılan bankomatların sayı 6% artıb

​Azərbaycanda quraşdırılan bankomatların sayı 6% artıb Bakı. 8 oktaybr. REPORT.AZ/ Bu ilin sentyabrın 1-nə Azərbaycanda ümumilikdə 2 510 bankomat (ATM) quraşdırılıb. “Report”un məlumatında görə, bu barə...
Maliyyə
8 Oktyabr , 2014 17:51
​Azərbaycanda quraşdırılan bankomatların sayı 6% artıb
Bakı. 8 oktaybr. REPORT.AZ/ Bu ilin sentyabrın 1-nə Azərbaycanda ümumilikdə 2 510 bankomat (ATM) quraşdırılıb. “Report”un məlumatında görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik hesabatda bildirilir.

Quraşdırılan ATM-lərin 1 413 ədədi yaxud 56,3%-i paytaxt Bakıda, 1 097 ədədi, yəni 43,7%-i isə regionların payına düşür. Təkcə avqust ayı ərzində ölkədə 17 ATM quraşdırılıb. Bu bankomatlardan 14-ü (82,4%-i) Bakıda, 3-ü (16,6%-i) isə regionlarda quraşdırılıb.

İlin əvvəli ilə müqayisədə bu ATM-lərin ümumi sayında 3,6% artım (88 ədəd) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisə bankomatların sayı ümumilikdə 135 ədəd yaxud 5,7% artıb. Yeni ATM-lərin 72-si Bakıda, 63-ü isə regionlarda quraşdırılıb. Ümumilikdə, son bir ildə quraşdırılan bankomatların 53,3%-i paytaxtın, 46,7%-i isə regionların payına düşür.

Son xəbərlər

Orphus sistemi