​Azərbaycanda pul kütləsi 22% artıb

​Azərbaycanda pul kütləsi 22% artıb Pul kütləsində nağdlaşma səviyyəsi azalıb
Maliyyə
10 Sentyabr , 2014 05:01
​Azərbaycanda pul kütləsi 22% artıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü il avqustun 1-nə 21,225 mlrd. manat təşkil edib. Bu isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,789 mlrd. manat və ya 21,7% çoxdur. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu ilin əvvəlindən geniş mənada pul kütləsi 1,936 mlrd. manat və ya 10,0% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2,934 mlrd. manat və ya 20,2% artaraq avqustun 1-nə 17,438 mlrd. manata çatıb. Eyni zamanda, nağd pul kütləsinin həcmi (M0 aqreqatı) avqustun 1-nə 10,509 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 1,054 mlrd. manat və ya 11,1% çoxdur.

Azərbaycanda pul kütləsində nağdlaşma səviyyəsi bu ilin avqustun 1-nə 60,3%-ə bərabər olub ki, bu da illik müqayisədə 4,9 faiz bəndi azdır.

Qeyd edək ki, manat pul kütləsinin, o cümlədən nağd manat kütləsinin artımı fonunda nağdlaşma səviyyəsinin azalması makroiqtisadi baxımdan müsbət göstəricidir.

Son xəbərlər

Orphus sistemi