​Azərbaycanda nağdlaşdırma əmsalı 60%-ə düşüb

​Azərbaycanda nağdlaşdırma əmsalı 60%-ə düşüb Ümumilikdə isə nağd pulların həcmi 10% artıb
Maliyyə
10 Oktyabr , 2014 07:46
​Azərbaycanda nağdlaşdırma əmsalı 60%-ə düşüb

Bakı. 10 oktyabr. REPORT.AZ/. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü il sentyabrın 1-nə 21,306 mlrd. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,864 mlrd. manat və ya 22,2% çoxdur. “Report”un Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən bildirdiyinə görə, bu ilin əvvəlindən geniş mənada pul kütləsi 2,017 mlrd. manat və ya 10,5% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2,721 mlrd. manat və ya 18,5% artaraq sentyabrın 1-nə 17,452 mlrd. manata çatıb. Eyni zamanda, nağd pul kütləsinin həcmi (M0 aqreqatı) sentyabrın 1-nə 10,488 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 971 mln. manat və ya 10,2% çoxdur.

Beləliklə, Azərbaycanda pul kütləsində nağdlaşdırma səviyyəsi bu ilin sentyabrın 1-nə 60,1%-ə bərabər olub ki, bu da illik müqayisədə 4,5 faiz bəndi azdır. Makroiqtisadi baxımdan bu azalma müsbət göstəricidir, lakin bu, nağd manat pul kütləsi və ümumi manat kütləsinin artımı fonunda baş verdikdə. Göründüyü kimi, bu artım hazırda müşahidə olunur.



Son xəbərlər

Orphus sistemi