​Azərbaycanda kredit qoyuluşların həcmi son bir ildə 20% artıb

​Azərbaycanda kredit qoyuluşların həcmi son bir ildə 20% artıb Onların həcmi 17 mlrd. manatı ötüb
Maliyyə
5 Sentyabr , 2014 07:08
​Azərbaycanda kredit qoyuluşların həcmi son bir ildə 20% artıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi illik müqayisədə 20,0% artaraq 2014-cü ilin avqustun 1-nə 17 034,0 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstərici bu ilin əvvəlindən 10,5% artıb.

Kredit qoyuluşların tərkibində 6,986 mlrd. manat və ya 41,0% ev təsərrüfatlarına verilən kreditlərin payına düşür. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 28,7% artıb.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin avqustun 1-nə 900,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15,9% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,5%-dən 5,3%-dək enib. 

Son xəbərlər

Orphus sistemi