​Azərbaycanda hər bankomata düşən orta əhalinin sayı 5% azalıb

​Azərbaycanda hər bankomata düşən orta əhalinin sayı 5% azalıb Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində plastik kartlar və terminallardan istifadə göstəricilərini...
Maliyyə
15 Avqust , 2014 16:48
​Azərbaycanda hər bankomata düşən orta əhalinin sayı 5% azalıb

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində plastik kartlar və terminallardan istifadə göstəricilərini açıqlayıb. Nəticələrə əsasən, iyun ayında bir ATM-ə (bankomat) düşən orta əhali sayı 3,8 min nəfər olub. Bu göstərici mart ayından sonra dəyişməyib. Bu barədə “Report”a AMB-dən məlumat verilib. Ötən ilin müvafiq dövründə bir ATM-ə düşən orta əhali sayı indikindən 5% artıq olub.

Hesabat dövründə hər 1 000 ödəniş kartına düşən əməliyyatların orta aylıq sayı 1 067,2, bu əməliyyatların həcmi isə 161 616 manat olub. Ötən ilin müvafiq dövrünə nisbətən əməliyyatların sayı 4,3%, məbləğin həcmi isə 6% azalıb.

İyun ayında bir ATM-ə düşən əməliyyatların orta sayı 1 809,9, həmin əməliyyatların həcmi isə 328 729,6 manat təşkil edib. ATM üzrə bir əməliyyatın orta aylıq həcmi isə 181,6 manat olub. Keçən ilin müvafiq dövründə isə bir ATM-ə düşən əməliyyatların orta sayı 1 879,6, bir əməliyyatın orta aylıq həcmi isə 325 708,3 manat olub.

Eyni zamanda, iyun ayında bir POS-terminala düşən əməliyyatların orta aylıq sayı 16,1, həcmi isə 1 732,6 manat olub. Bu isə ötən ilin müvafiq dövründən 86% azdır.

Son xəbərlər

Orphus sistemi