​Azərbaycanda Hesablama Palatası parlamentə yeni audit yoxlamalarının nəticələrini təqdim edib

​Azərbaycanda Hesablama Palatası parlamentə yeni audit yoxlamalarının nəticələrini təqdim edib Audit Səhiyyə Nazirliyi, AMEA və “Azərbaycan Dəmir Yolları”nda aparılıb
Maliyyə
23 Sentyabr , 2014 15:34
​Azərbaycanda Hesablama Palatası parlamentə yeni audit yoxlamalarının nəticələrini təqdim edib
Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının sentyabrın 22-də keçirilən kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə səhiyyə obyektlərinin tikintisi və təmirinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə ayrılan vəsaitlərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeoloji və Etnoqrafiya İnstitutuna dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri müzakirə edilib. Bu barədə “Report”a Hesablama Palatasının mətbuat xidmətindən məlumat verilib.

Bu vəsaitlər Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər), habelə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2011-2013-cü illər) üzrə ayrılıb.

Aparılmış audit yoxlamalarının nəticələri ilə bağlı məlumatlar Milli Məclisə göndərilib.

Eyni zamanda, kollegiyada Ağsu rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından sosial infrastruktur layihələrə, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, həmçinin dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan Hidrometeorologiya İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı müzakirə edilərək təsdiq olunub. 

Son xəbərlər

Orphus sistemi