​Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə sentyabrda 9,7 mindən artıq müqavilə bağlanıb

​Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə sentyabrda 9,7 mindən artıq müqavilə bağlanıb Bakı. 3 oktyabr. REPORT.AZ/ Cari ilin sentyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 9 405, daşınmaz əmlakın istismarı ilə bağ...
Maliyyə
3 Oktyabr , 2014 16:23
​Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə sentyabrda 9,7 mindən artıq müqavilə bağlanıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Cari ilin sentyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 9 405, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 225, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 142 sığorta müqaviləsi bağlanıb. “Report”un məlumatına görə, bu barədə İcbari Sığorta Bürosundan (İSB) xəbər verilib.

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 977,7 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 18,7 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 31,8 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 48,5%, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 14,2% artım müşahidə edilib. Ötən ilin sentyabr ayında sərnişinlərin icbari fərdi qəza sığortası üzrə isə heç bir sığorta müqaviləsi bağlanılmayıb.

Həmçinin bildiririk ki, ötən ilin sentyabr ayı ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 0,74%, daşınmaz əmlakın istismari ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 11,44% artıb.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 75,7%-i yaşayış evləri və mənzillər, 0,4%-i inzibati binalar, 23,9%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub:

Ümumilikdə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 112 888 sığorta müqaviləsi bağlanıb ki, bu sığorta müqavilələri üzrə toplanan sığorta haqları 11,405 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası üzrə ən çox bağlanılan sığorta müqavilələri Bakı (31 965 ədəd), Sumqayıt (7 461 ədəd), Gəncə (6 569 ədəd), Astara (3 285 ədəd), Salyan (3 045 ədəd), Ağsatafa (2 615 ədəd) şəhər və rayonları, ən az bağlanılan sığorta müqavilələri Naftalan (72 ədəd), Cəbrayıl (93 ədəd), Xızı (110 ədəd), Siyəzən (298), Qobustan (313 ədəd), Qax (383 ədəd) şəhər və rayonları üzrə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi