Azərbaycanda bankomatlar pul xırdalayacaq

Azərbaycanda bankomatlar pul xırdalayacaq “Unibank”ın bankomatları yeni sistemə uyğunlaşdırılıb
Maliyyə
5 Sentyabr , 2014 11:23
Azərbaycanda bankomatlar pul xırdalayacaq
Bakı. 5 sentyabr. REPORT.AZ/ “Unibank”ın bankomatları yeni sistemə uyğunlaşdırılıb.

Bu barədə “Report”a qurumun mərkəzi ofisindən məlumat verilib. Məlumata görə artıq bankın müştəriləri bankomatlardan istədiyi məbləği, müxtəlif əsginazlarda çıxara bilər. Belə ki, müştəri kartı bankomata daxil edib, lazım olan məbləği sifariş edən zaman, bankomatın lövhəsində ondan məbləği yalnız iri əsginazlarda, yoxsa qarışıq əsginazlar formasında istədiyi soruşulur. Bundan sonra isə müştərinin seçimindən asılı olaraq, “Unibank” bankomatlarından sorğu edilən məbləğ, mümkün böyük nominallardan olmaqla, minimal sayda əsginazlardan, yaxud qarışıq nominallardan ibarət əsginazlarla çıxır.

“Unibank”dan verilən məlumata görə bundan sonra müştərilərin nə pulu xırdalamağa, nə də bütövləşdirməyə ehtiyacı olmayacaq.

Xatırladaq ki, hazırda paytaxt və ölkənin bir çox regionlarında “Unibank”ın 80-ə yaxın bankomatı var. Bundan əlavə bank müştərilərinə “Cash by code” və başqa xidmətləri də göstərir.

Son xəbərlər

Orphus sistemi