Azərbaycanda Bank Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayır

Azərbaycanda Bank Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayır Fiziki və hüquqi şəxslərə elektron sertifikat verilməsi ilə elektron bankçılığın inkişafı üçün geniş imkanlar yaranacaq
Maliyyə
20 Oktyabr , 2014 13:35
Azərbaycanda Bank Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayır
Bakı. 20 oktyabr. REPORT.AZ/ Ölkədə bank-müştəri münasibətlərinin elektronlaşdırılması məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı Bank Sertifikat Xidmətləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə olunub. Bu barədə "Report"a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, BSXM-in akkreditə olunması ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstərən kommersiya banklarının müştəriləri olan fiziki və hüquqi şəxslərə elektron sertifikat verilməsi ilə elektron bankçılığın inkişafı üçün geniş imkanlar yaranacaq.

Hazırda elektron sertifikatlarının verilməsi ilə bağlı hazırlıq işləri gedir, o cümlədən normativ metodoloji baza hazırlanır, pilot banklar seçilir. Qeyd olunan bütün məsələlər tənzimləndikdən sonra bank və onların müştərilərinə sertifikatlar veriləcək.

Son xəbərlər

Orphus sistemi