Azərbaycan sığorta bazarı 7% artıb

Azərbaycan sığorta bazarı 7% artıb Bu ilin yanvar-avqust aylarında yığımların həcmi 283 mln. manata çatıb
Maliyyə
24 Sentyabr , 2014 05:24
Azərbaycan sığorta bazarı 7% artıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2014-cü ilin yanvar-avqust ayları ərzində 283,3 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da illik müqayisədə 6,6% çoxdur. “Report”un xəbər verdiyi kimi, hesabat dövründə şirkətlər tərəfindən həyata keçirilən sığorta ödənişlərinin həcmi illik müqayisədə 33% artaraq 103,5 mln. manata çatıb.

Sığorta haqlarının tərkibində 184,6 mln. manat və ya ümumi həcmin 65,2%-i könüllü, müvafiq olaraq 98,7 mln. manat və ya 34,8%-i icbari sığorta növlərinin payına düşür. Öz növbəsində könüllü sığorta sahəsində 47,4 mln. manat və ya 25,7% həyat sığortası, müvafiq olaraq 137,2 mln. manat və ya 74,3%-i qeyri-həyat sığortası hesabına toplanıb. İcbari sığortada isə 22,4 mln. manat və ya 22,7% həyat, 76,3 mln. manat və ya 77,3% qeyri-həyat sığortasının payına düşür.

Sığorta ödənişlərinin strukturunda 76,1 mln. manat və ya ümumi həcmin 73,5%-i könüllü, müvafiq olaraq 27,5 mln. manat və ya 26,5%-i icbari sığorta növlərinin payına düşür. Öz növbəsində könüllü sığorta sahəsində 18,6 mln. manat və ya 24,4% həyat sığortası, müvafiq olaraq 57,5 mln. manat və ya 75,6% qeyri-həyat sığortası hesabına formalaşıb. İcbari sığorta sahəsində isə 1,9 mln. manat və ya 6,9% həyat, 25,6 mln. manat və ya 93,1% qeyri-həyat sığortası üzrə yığılıb.

Qeyd edək ki, illik müqayisədə könüllü sığorta üzrə daxilolmalar 5,4%, ödənişlər isə 39,6% artıb. İcbari sığortada isə bu göstəricilər müvafiq olaraq 8,9% və 17,5% olub.

Son xəbərlər

Orphus sistemi