“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2022-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini aprelin 7-si, saat 15:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, M. Hüseyn küçəsi, 1 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.