Bakı. 5 aprel. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC 2017-2019-cu illər üçün maliyyə hesabatlarının auditinə dair elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.
“Report” xəbər verir ki, tenderin qalibi “PwC Azerbaijan” audit şirkəti olub.
Bu məqsədlə şirkətə 219 480 manat ödəniləcək.