“Azsığorta”nın yığımları 8% artıb

“Azsığorta”nın yığımları 8% artıb Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “Azsığorta” ASC-nin yığımları 3 019 521 manat təşkil edib. Şirkətdən “Report”a verilən mə...
Maliyyə
17 Mart , 2017 16:27
“Azsığorta”nın yığımları 8% artıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “Azsığorta” ASC-nin yığımları 3 019 521 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,12% çoxdur.

Hesabat dövründə “Azsığorta”nın ödənişləri də artıb. Belə ki, Şirkət 2 ay ərzində 1 242 319 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 13,57% çoxdur.

2017-ci ilin yanvar-fevral aylarında “Azsığorta” topladığı hər 100 manat sığorta haqqının 41,14 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-fevral aylarında 39,17% olub.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Səhmlər 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi