“Azsığorta”nın yığımları 30% azalıb

“Azsığorta”nın yığımları 30% azalıb Hesabat dövründə şirkətin ödənişləri də azalıb
Maliyyə
17 Yanvar , 2017 13:09
“Azsığorta”nın yığımları 30% azalıb

Bakı. 17 yanvar. REPORT.AZ/ “Azsığorta” ASC-nin yığımları 2016-cı ildə 22 908 276 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 30,08% azdır.

Hesabat dövründə “Azsığorta”nın ödənişləri də azalıb. Belə ki, Şirkət il ərzində 7 794 460 manat ödəniş edib. Bu isə əvvəlki ilə nisbətən 1,53% azdır.

2016-cı ildə “Azsığorta” topladığı hər 100 manat sığorta haqqının 34,02 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 24,16% olub.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Səhmlər 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi