“Azsığorta”nın səhmdarları növbədənkənar yığışacaq

“Azsığorta”nın səhmdarları növbədənkənar yığışacaq Yığıncağın gündəliyi açıqlanmayıb
Maliyyə
19 Oktyabr , 2017 14:34
“Azsığorta”nın səhmdarları növbədənkənar yığışacaq

Bakı. 19 oktyabr. REPORT.AZ/ Dekabrın 1-də “Azsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report”a daxil olan məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 99/1 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi