“Azsığorta” fəaliyyətini optimallaşdırır

“Azsığorta” fəaliyyətini optimallaşdırır Bakı. 21 noyabr. REPORT.AZ/ “Azsığorta” ASC fəaliyyətini optimallaşdırmağa başlayıb.
Maliyyə
21 Noyabr , 2017 09:55
“Azsığorta” fəaliyyətini optimallaşdırır

Bakı. 21 noyabr. REPORT.AZ/ “Azsığorta” ASC fəaliyyətini optimallaşdırmağa başlayıb.

Bu barədə “Report”a şirkətin Direktorlar Şurasının sədri Viladi Maniyev məlumat verib.

Onun sözlərinə görə, hazırda “Azsığorta”nın satış kanallarının effektivliyi nəzərdən keçirilir, sığorta məhsullarının satışı ilə məşğul olan şəxslər daha peşəkar şəxslərlə əvəz edilib. Bu baxımdan şirkətdə ixtisarların olacağı istisna deyil.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi