Bakı. 29 sentyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “AzRe Təkrarsığorta” ASC-nin səhm emissiyasını qeydə alıb.
Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 25 000 manat olan 2000 ədəd adi sənədsiz adlı səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Səhmlər nominal dəyəri 20 000 manat olan 2000 ədəd adi adlı sənədsiz səhmə konvertasiya yolu ilə yerləşdiriləcək.
Emissiya baş tutsa, "AzRe Təkrarsığorta"nın nizamnamə kapitalı 40 mln. manatdan 50 mln. manata yüksələcək.