“Azmikroinvest” BOKT-un xalis mənfəəti 2% artıb

“Azmikroinvest” BOKT-un xalis mənfəəti 2% artıb “Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 56 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
19 iyun 2020 07:34
“Azmikroinvest” BOKT-un xalis mənfəəti 2% artıb

“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 56 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 1,8% çoxdur.

Ötən il “Azmikroinvest”in vergiyəqədərki mənfəəti 71 min manat (əvvəlki ilə nisbətən 2,9% çox), mənfəət vergisi ödəmələri isə 16 min manat (14,3% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1,6 milyon manat olub ki, bu da illik müqayisədə 1% azdır. Bunun 1,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 12,5% kiçilib.

Hesabat dövründə “Azmikroinvest”in öhdəlikləri 72,6% azalaraq 158 min manata düşüb, balans kapitalı isə 38% artaraq 1,5 milyon manata, o cümlədən nizamnamə kapitalı da 36,4% artaraq 1,5 milyon manata çatıb.

Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100% İlqar Əhmədzadədir. 

Son xəbərlər

Orphus sistemi