"Azmetanol"un aktivləri 800 mln. manat həcmində qiymətləndirilib

"Azmetanol"un aktivləri 800 mln. manat həcmində qiymətləndirilib "Azərenerji"nin SOCAR-a olan keçmiş 416 mln. manat borcu köçürüləcək
Maliyyə
17 Yanvar , 2017 13:17
Azmetanolun aktivləri 800 mln. manat həcmində qiymətləndirilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Metanol  Zavodu ("AzMeCo) hələ ki, hüquqi baxımdan SOCAR-ın tərkibinə daxil olmayıb". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. 

"Yanvar ayının əvvəlində Nazirlər Kabineti "Aqrarkredit" qeyri-bank təşkilatının hərrac keçirmədən birbaşa SOCAR-a zavodun satılması ilə bağlı müvafiq sərəncam imzalayıb. Bildiyiniz kimi, Nazirlər Kabinetinin müvafiq sərəncamı var idi və o sərəncamda göstərilirdi ki, Dövlət Neft Şirkəti ilə birgə qiymətləndirilməsi həyata keçirilsin və onun alqı-satqısı aparılsın. Bu əməliyyat yay aylarında başa çatıb. Amma mövcud qanunvericiliyin tələblərinə görə, "Aqrarkredit" bu qiymətləndirmədən sonra məhkəməyə müraciət edib, "Azmetanol"dan həmin aktivləri alıb, sonra "Aqrarkredit" özü hərrac yolu ilə satmalı ya da yeni bir göstərişlə birbaşa satmalı idi. Birbaşa satışla bağlı sənəd bu yaxınlarda imzalandığına görə, artıq bütün hüquqi işlər həyata keçirilib", - deyə S.Qasımiv qeyd edib.

Onun sözlərinə görə, ilkin ödəniş üçün "Azərenerji" ASC-nin SOCAR-a olan keçmiş 416 mln. manat borcu köçürüləcək: "Bizim hüquqşünaslar "Aqrarkredit"ın əməkdaşları ilə bu həftədən işlər aparılarlar. Bu vəsait SOCAR-dadır, bu məqsəd üçün gözlənilir və alqı-satqı həyata keçirilən kimi köçürüləcək. Növbəti ödənişlər isə danışılıb, əsasən "Azərenerji"nin yeni borcu - 2015-ci il ərzində ödəmədiyi vəsait hesabına ödəniləcək". Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin müvafiq qərarında da əksini tapıb.

S.Qasımov "Azmetanol" üçün qiymətləndirmənin 520 mln. dollar olduğunu da qeyd edib: "Lakin qiymətləndirmə dolların əvvəlki məzənnəsi ilə aparılıb. Məhkəmə "Aqrarkredit"ə manat ifadəsində təklif verib ki, bu da 800 mln. manatdan artıq bir aktivdir. Onu SOCAR idarə edir".

Həmçinin, bildirilib ki, zavod hazırda fəaliyyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi