“Azinvestkredit” BOKT ötən ili zərərlə başa vurub

“Azinvestkredit” BOKT ötən ili zərərlə başa vurub Kredit təşkilatı əvvəlki ildən 41 min manat xalis mənfəətlə çıxmışdı
Maliyyə
16 May , 2021 16:15
“Azinvestkredit” BOKT ötən ili zərərlə başa vurub

“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 41 min manat zərərlə başa vurub. Halbuki BOKT 2019-cu ildən 41 min manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 500 min manat olub ki, bu da illik müqayisədə 9,7% azdır. Bunun 492 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 9,7% kiçilib.

Hesabat dövründə “Azinvestkredit”in öhdəlikləri 6,5 dəfə azalaraq 2 min manata, balans kapitalı isə 7,8% azalaraq 499 min manata düşüb.

Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır.

Son xəbərlər

Orphus sistemi