“Azinvestkredit” ötən ili mənfəətlə başa vurub

“Azinvestkredit” ötən ili mənfəətlə başa vurub Bakı. 6 iyul. REPORT.AZ/ “Azinvestkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 413 min manat təşkil edib....
Maliyyə
6 İyul , 2017 15:27
“Azinvestkredit” ötən ili mənfəətlə başa vurub

Bakı. 6 iyul. REPORT.AZ/ “Azinvestkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 413 min manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,9% çoxdur.

“Azinvestkredit”in aktivlərinin 48,5%-ni və yaxud 201 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 23,2% kiçilib.

2016-cı ildə “Azinvestkredit”in cəmi öhdəlikləri təxminən 29% azalaraq 3 min manat, cəmi kapitalı 13,3% artaraq 411 min manat, o cümlədən nizamnamə kapitalı 11,1% artaraq 400 min manat olub.

Ötən il “Azinvestkredit”in faiz gəlirləri 68 min manat (əvvəlki ilə nisbətən 3% çox), faiz xərcləri 0 manat, qeyri-faiz gəlirləri 15 min manat (65,3% az), qeyri-faiz xərcləri isə 75 min manat (2,3 çox) təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat mənfəəti təxminən 8 min manat olub ki, bu da illik müqayisədə təxminən 5 dəfə azdır.

2016-cı ildə “Azinvestkredit” kreditlər üzrə ehtiyatların yaradılması xərclərinə təxminən 2 min manat qənaəıt edib, əvəzində bir o qədər mənfəət vergisi ödəyib və ili təxminən 8 min manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 9,25% azdır.

Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. Onun təsisçiləri hər biri 50% payla Orxan Cəfər oğlu Cəfərov və Əkbər Novruz oğlu İsmayılovdur. 

Son xəbərlər

Orphus sistemi