"Azərxalça" risklərini qiymətləndirəcək

"Azərxalça" risklərini qiymətləndirəcək "Azərxalça" ASC fəaliyyət sahəsinin yoxlanılması, dövrü yoxlamalar və gözdən keçirilməsi, planlama riskinin dəyərləndirilməsi, əhəmiyyətlilik dəyəri, ilkin analitika, xüsusi prosedurların müəyyənləşdirilməsi, maliyyə hesabatlarınn auditi, müvafiq qeydlər
Maliyyə
237
24 Sentyabr , 2020 09:16
Azərxalça risklərini qiymətləndirəcək

"Azərxalça" ASC fəaliyyət sahəsinin yoxlanılması, dövrü yoxlamalar və gözdən keçirilməsi, planlama riskinin dəyərləndirilməsi, əhəmiyyətlilik dəyəri, ilkin analitika, xüsusi prosedurların müəyyənləşdirilməsi, maliyyə hesabatlarınn auditi, müvafiq qeydlər daxil olmaqla bütün nəzərdən keçirilmiş qeydlərin tamamlanması, standartlara uyğun imzalanması final hesabatların, vergi bəyannamələrinin, hesab fakturaların maliyyə auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 28-i, saat 14:00-a qədər Şumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 585-13-33 (daxili: 211) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi