“Azərsu” içməli su və kanalizasiya xidməti satışından gəlirini 15% artırıb

“Azərsu” içməli su və kanalizasiya xidməti satışından gəlirini 15% artırıb Səhmdar cəmiyyət hələlik ziyanla işləyir
Maliyyə
3 Oktyabr , 2017 14:30
“Azərsu” içməli su və kanalizasiya xidməti satışından gəlirini 15% artırıb
Report

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Azərsu” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 608,345 mln. manat təşkil edib.

“Report” səhmdar cəmiyyətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,9% azdır.

Hesabat dövründə “Azərsu”nun cəmi kapitalı 21,2% artaraq 361,78 mln. manat, cəmi öhdəlikləri isə 1,9% artaraq 970,125 mln. manat olub.

Ötən il səhmdar cəmiyyətin içməli su və kanalizasiya xidməti satışından gəliri 159,837 mln. manat (əvvəlki ilə nisbətən 14,9% çox), satışının maya dəyəri 84,578 mln. manat (9,5% çox), inzibati xərcləri 19,883 mln. manat (36,2% az), satış və paylama xərcləri 89,938 mln. manat (0,6% çox), digər əməliyyat xərcləri 543,282 mln. manat (51,9% çox), məzənnə fərqindən zərəri 39,8 mln. manat (71,7% az), digər gəliri 5,84 mln. manat (40,2% az), maliyyə xərci 840 min manat (70,2%) təşkil edib. Son nəticədə qurumun vergiyəqədərki zərəri 612,644 mln. manat olub ki, bu da illik müqayisədə 11,4% çoxdur.

2016-cı ildə “Azərsu” 2015-ci illə müqayisədə 65,2% az – 277 min manat mənfəət vergisi ödəyib və ili 612,921 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 11,3% çoxdur.

Ümumilikdə isə səhmdar cəmiyyətin yığılmış zərəri 5 600,479 mln. manata çatıb. Bunun 5 238 699 mln. manatlıq hissəsi 400 mln. manatlıq nizamnamə kapitalı, 1 568,067 mln. manatlıq əlavə ödənilmiş kapital və 3 270,632 mln. manatlıq dövlət investisiyaları hesabına kompensasiya edilib.

Xatırladaq ki, “Azərsu” 1995-ci ildən fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi