“Azərsu” gələn il dövlət büdcəsindən 38 milyon manat subsidiya alacaq

“Azərsu” gələn il dövlət büdcəsindən 38 milyon manat subsidiya alacaq 2021-ci ildə Azərbaycanın dövlət büdcəsində mənzil və kommunal xərcləri üzrə 262,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 14,7 milyon manat və yaxud 5,9% çoxdur.
Maliyyə
274
22 Dekabr , 2020 14:54
“Azərsu” gələn il dövlət büdcəsindən 38 milyon manat subsidiya alacaq

2021-ci ildə Azərbaycanın dövlət büdcəsində mənzil və kommunal xərcləri üzrə 262,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 14,7 milyon manat və yaxud 5,9% çoxdur.

“Report” xəbər verir ki, bu barədə büdcə layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9 % təşkil edəcək.

Həmin mənbədən dövlət müəssisələrində satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə (su və istilik təchizatı, lift təsərrüfatı üzrə qiymət tarifləri) yaranmış zərərin örtülməsi üçün “Azərsu” ASC-yə 38 milyon manat, “Azəristiliktəchizat” ASC-yə 26 milyon manat, lift təsərrüfatına 5 milyon manat, cəm olaraq 69 milyon manat subsidiya proqnozlaşdırılıb.

Mənzil kommunal xərclərinin 84 milyon manatı və yaxud 32%-i rayon və şəhər mərkəzlərində və qəsəbələrdə dövlətin balansında olan yaşayış binalarının əsaslı təmiri, abadlıq işlərinin həyata keçirilməsi, yaşıllıqların salınması, onlara xidmət və landşaft quruluşu, küçələrin işıqlandırılması və digər işlərin yerinə yetirilməsinə yönəldiləcəkr.

Bundan başqa, mənzil və kommunal təsərrüfatı xərc bölməsindən 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsi ilə bağlı xərclər üçün 35 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi