“Azərsığorta” mənfəətini artırıb - YENİLƏNİB

“Azərsığorta” mənfəətini artırıb - YENİLƏNİB İlk xəbər martın 28-də, saat 10:40-da verilibBakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) aktivləri bu...
Maliyyə
29 Mart , 2017 09:03
“Azərsığorta” mənfəətini artırıb - YENİLƏNİB

İlk xəbər martın 28-də, saat 10:40-da verilib

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) aktivləri bu il yanvarın 1-nə 31,158 mln. manat təşkil edib.

“Report” şirkətin balans hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə təxminən 14% azdır.

İl ərzində “Azərsığorta”nın uzunmüddətli aktivləri 10,8% artaraq 5,585 mln. manat, qısamüddətli aktivləri isə 18,1% azalaraq 25,573 mln. manat olub.

Ötən il şirkətin cəmi öhdəlikləri 32,5% azalaraq 16,803 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 31,6% azalaraq 16,798 mln. manat, qısamüddətli öhdəlikləri isə 98,3% azalaraq 5,6 min manata düşüb.

Hesabat dövründə “Azərsığorta” cəmi kapitalını 26,2% artıraraq 14,355 mln. manata, o cümlədən nizamnamə kapitalını 12,5% artıraraq 9 mln. manata çatdırıb.

2016-cı ildə "Azərsığorta"nın cəmi gəlirləri 55,457 mln. manat (2015-ci ilə nisbətən 6,5% çox), cəmi xərcləri 51,088 mln. manat (4,9% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 4,369 mln. manat olub. Bu isə illik müqayisədə 29,4% çoxdur. 

"Azərsığorta" 874 min manat mənfəət vergisi ödəyib və ötən ili 4,395 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki ilə nisbətən 3,5% çoxdur. 

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.

Son xəbərlər

Orphus sistemi