"Azərsığorta"nın mənfəəti 2 dəfə azalıb

"Azərsığorta"nın mənfəəti 2 dəfə azalıb Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) 2019-cu ili 1,881 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
1 Aprel , 2020 20:25
Azərsığortanın mənfəəti 2 dəfə azalıb

Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") 2019-cu ili 1,881 milyon manat mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 48,9% və yaxud təxminən 2 dəfə azdır.

Ötən il "Azərsığorta"nın gəlirləri 54,371 milyon manat (illik müqayisədə 3,5% çox), xərcləri isə 52,49 milyon manat (7,4% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Azərsığorta”nın aktivləri 35,755 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 49,6% artaraq 18,076 milyon manata, balans kapitalı isə 17,4% artaraq 17,679 milyon manata çatıb.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır. 

Son xəbərlər

Orphus sistemi