“Azərqarant Sığorta” səhmlərini dövriyyədən çıxarır

“Azərqarant Sığorta” səhmlərini dövriyyədən çıxarır Bu proses 2 ay davam edəcək
Maliyyə
16 mart 2017 04:52
“Azərqarant Sığorta” səhmlərini dövriyyədən çıxarır

Bakı. 16 mart. REPORT.AZ/ “Azərqarant Sığorta” ASC könüllü ləğv olunması ilə əlaqədar AZ1008005030 nömrəli, adi, adlı səhmlərini dövriyyədən çıxarır.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, şirkətin hər birinin nominal dəyəri 561 manat olan 10 000 ədəd olan (5,61 mln. manatlıq) qiymətli kağızının dövriyyədən çıxarılması və ləğv edilməsi martın 17-dən başlayaraq 2 ay müddətində həyata keçiriləcək.

Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Şirkət ötən il noyabrın 1-dən fəaliyyətini dayandırıb. Buna səbəb onun kapital çatışmazlığı problemi ilə üzləşməsidir.

Son xəbərlər

Orphus sistemi