"Azərqarant Sığorta"nın mənfəəti kəskin azalıb

"Azərqarant Sığorta"nın mənfəəti kəskin azalıb Son bir ildə sığorta şirkətinin gəlirləri 35%, xərcləri 22% azalıb
Maliyyə
31 Mart , 2016 09:33
Azərqarant Sığortanın mənfəəti kəskin azalıb

Bakı. 31 mart. REPORT.AZ/ "Azərqarant Sığorta" ASC-nin 2015-ci il üzrə mənfəət və zərər hesabatına əsasən, ötən il şirkətin cəmi gəlirləri 803,17 min manat, xərcləri 405,488 min manat təşkil edib.

"Report"un hesabata istinadən verdiyi xəbərə görə, nəticədə, sığorta şirkəti ötən ili 397,682 min manat mənfəətlə başa vurub. Bundan 79,536 min manat mənfəət vergisi ödənildikdən sonra xalis mənfəət 318,145 min manat olub.

Qeyd edək ki, 2014-cü illə müqayisədə şirkətin gəlirləri 35,1%, xərcləri 21,5% azalıb, mənfəətində isə 44,8% azalma müşahidə olunub. Ödənilən mənfəət vergisinin həcmi illik müqayisədə 144,045 min manatdan 79,536 min manata enib. Nəticədə, "Azərqarant Sığorta"ın əldə etdiyi xalis mənfəət əvvəlki illə müqayisədə 44,8% azalıb.

Son xəbərlər

Orphus sistemi