“Azərpoçt”un əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti pulsuz olub

“Azərpoçt”un əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti pulsuz olub Bakı. 21 may. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti müştərilərə pulsuz təklif olunur.
Maliyyə
21 May , 2018 17:44
“Azərpoçt”un əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti pulsuz olub
Report
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti müştərilərə pulsuz təklif olunur. 

Bu barədə “Report”a Nazirlikdən bildirilib. 

Məlumata görə, “Azərpoçt”un emissiya etdiyi əməkhaqqı kartlarının sahibləri artıq aparılan bütün əməliyyatlardan anında xəbər tutacaqlar.

Belə ki, kart sahibləri aparılan bütün əməliyyatlar - kart hesabı üzrə mədaxil və məxaric əməliyyatları, hesabın qalığı haqqında dərhal xəbərdarlıq SMS-i alacaqlar.

Əməkhaqqı kartının sahibi “Azərpoçt”a məxsus istənilən ATM-ə yaxınlaşaraq xidmətlər bölməsindən “sms xəbərdarlıq” xidmətini aktivləşdirə bilər.

Qeyd edək ki, “Azərpoçt”un emissiya etdiyi əməkhaqqı kart sahiblərinin bu günə olan sayı 22 305-dir. 

Son xəbərlər

Orphus sistemi