​"Azərpoçt" gələn ildən mikrokreditlər verəcək

​"Azərpoçt" gələn ildən mikrokreditlər verəcək Mikrokreditlərin verilməsi prosesi Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək
Maliyyə
7 Noyabr , 2014 15:17
​Azərpoçt gələn ildən mikrokreditlər verəcək
Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda poçt şöbələri tərəfindən müştərilərə mikrokreditlərin verilməsi prosesinə pilot layihəsi kimi gələn ildən başlanacaq. "Report"un xəbər verdiyi kimi, bunu "Azərmarka" şirkəti və Azərbaycan Filatelistlər İttifaqının təşkilatçılığı ilə bu gün Bakıda keçirilən IV Milli Filateliya Sərgisində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə bildirib.

"Son zamanlar Azərbaycanda elektron ödəmələrin həyata keçirilməsində "Azərpoçt" özünün fəaliyyətini genişləndirir. Mikrokreditlərin verilməsi ilə bağlı isə artıq bütün zəruri sənədlərin və hüquqi bazanın hazırlanmasını tamamlamışıq. Bu sahədə gələn ildən fəaliyyətə başlamaq olar. Mikrokreditlərin verilməsi Mərkəzi Bankın xüsusi nəzarəti altında pilot layihəsi kimi gələn il həyata keçiriləcək", - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi