"Azərpoçt" auditor seçir

"Azərpoçt" auditor seçir “Azərpoçt” MMC keçid balansının auditi və 2020-2022-ci illər üçün maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.
Maliyyə
195
22 Dekabr , 2020 10:24
Azərpoçt auditor seçir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC keçid balansının auditi və 2020-2022-ci illər üçün maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 600 manatdır.

İddiaçılar ilkin sənədləri yanvarın 13-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 22-si, saat 18:00-a qədər dövlət satrınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Tender Komissiyasının üzvü Oqtay İsmayılovdur. Telefon: (012) 493-56-00.

Tenderin nəticəsi yanvarın 25-də, saat 11:00-da portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi