"Azərlotereya" dividend ödənişini 2 dəfə azaldıb

"Azərlotereya" dividend ödənişini 2 dəfə azaldıb 2019-cu ildə İqtisadiyyat Nazirliyinə məxsus Azərlotereya ASC büdcə və büdcədənkənar fondlara ümimilikdə 4,466 milyon manat ödəniş edib.
Maliyyə
20 Aprel , 2020 10:53
Azərlotereya dividend ödənişini 2 dəfə azaldıb

2019-cu ildə İqtisadiyyat Nazirliyinə məxsus "Azərlotereya" ASC büdcə və büdcədənkənar fondlara ümimilikdə 4,466 milyon manat ödəniş edib.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 57% çoxdur.

Ötən il "Azərlotereya"nın ödəmə mənbəyi üzrə vergi ödənişləri 1,063 milyon manat (illik müqayisədə 8,4% az), mənfəət vergisi ödənişləri 1,34 milyon manat (2,4 dəfə çox), əlavə dəyər vergisi ödənişləri 1,482 milyon manat (88,3% çox), işçilər üzrə gəlir vergisi ödənişləri 219 min manat (84% çox), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna ödənişləri 362 min manat (59,5% çox) təşkil edib.

Bundan başqa, 2019-cu ildə şirkət dövlət büdcəsinə 500 min manat dividend ödəyib. Bu, 2018-ci ilə nisbətən 2 dəfə azdır. 

Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır.  

Son xəbərlər

Orphus sistemi