Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 66,5 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peyki ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Paşa Sığorta" ASC-dir.
Qalib şirkətə 1 milyon 436,5 min manat ödəniləcək.