“Azericard”ın rəhbərliyi dəyişir

“Azericard”ın rəhbərliyi dəyişir “Atabank”ın İdarə Heyətinin sədr müavini Prossesinq Mərkəzinə direktor gətirilir
Maliyyə
5 Yanvar , 2017 11:40
“Azericard”ın rəhbərliyi dəyişir

Bakı. 5 yanvar. REPORT.AZ/ “Azericard” Prosessinq Mərkəzinin direktoru Ceyhun Rəhimov işdən çıxıb. “Report” xəbər verir ki, o, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti (İH) sədrinin müşaviri təyin olunub.

“Azəricard”ın rəhbərliyinə isə Emil Əmirovun gətiriləcəyi bildirilir. O, bundan əvvəl “Atabank” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini olub.

Xatırladaq ki, “Azericard” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Prosessinq Mərkəzinin təsisçisi 100% ABB-dir.

Son xəbərlər

Orphus sistemi