“Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 150 min manat zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 55,6% azdır.
Bu il yanvarın 1-nə “Azəri Star Mikromaliyyə”nin aktivləri 338 min manat olub ki, bu da illik müqayisədə 43,1% azdır. 2019-cu ildə BOKT-un kredit portfeli 100% kiçilib.
Hesabat dövründə “Azəri Star Mikromaliyyə”nin öhdəlikləri 98,8% azalaraq 4 min manata düşüb, balans kapitalı isə 27,4% artaraq 335 min manata, o cümlədən nizamnamə kapitalı 36,2% artaraq 831 min manata çatıb.
Xatırladaq ki, “Azəri Star Mikromaliyyə” 2003-cü ildə yaradılıb.