“AzerGold”un büdcə ödənişləri 55 milyon manata çatıb

“AzerGold”un büdcə ödənişləri 55 milyon manata çatıb Səhmdar cəmiyyəti ölkədə qeyri-neft sənayesinin liderlərindən birinə çevrilib
Maliyyə
116
21 May , 2021 13:13
“AzerGold”un büdcə ödənişləri 55 milyon manata çatıb

“AzerGold” QSC bu gün ölkədə qeyri-neft sənayesinin liderlərindən birinə çevrilib”.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Zərgərlik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda biznes forumda bildirib.

“Qurum bu illər ərzində əlvan və qara metal yataqlarının işlənməsi, qiymətli metalların emalı və dünya birjalarına ixracı nəticəsində ölkəmizin sosial iqtisadi inkişafına töhfələr verməklə yanaşı dağ-mədən sektorunu dünyada layiqincə təmsil edib və hazırda da bu istiqamətdə səylə çalışır. Bilirsiniz ki, metalların beynəlxalq birjada satışının təşkili üçün hasilatçı şirkətlər bir sıra çətin prosedur və beynəlxalq audit yoxlamalarından keçməlidir. Bu gün biz bir daha qürur hissi ilə qeyd edə bilərik ki, “AzerGold” bütün bu çoxsaylı yoxlamalardan 2017-ci ildə uğurla keçib və İsveçrənin dünyaca məşhur aparıcı affinaj şirkətlərindən biri ilə müqavilə bağlayaraq, Azərbaycanda hasil edilən metalları dünya bazarına çıxara bilib. 2017-ci ildən etibarən 4 il ərzində 241 min unsiyadan çox qızıl və 422 min unsiya həcmində gümüşün satışından, ümumilikdə ölkə iqtisadiyyatına 614 milyon manatdan çox vəsait cəlb etmişik”, - o bildirib.

“Bundan başqa, bu əməliyyatlar nəticəsində dövlət büdcəsinə 54,5 milyon manatdan artıq məbləğdə vergi və rüsum ödəmişik. Bunun 47,7 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, 6,8 milyon manatı isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilib. Hazırda hasil edilən qiymətli metalların beynəlxalq bazarlara çıxarılması ilə yanaşı, bir sıra digər yerli qurumların da qızıl və gümüşlə təminatı istiqamətində işlər aparılır”, - Z.İbrahimov əlavə edib.

Son xəbərlər

Orphus sistemi