​"AzerGold" səhm emissiyasına başlayır

​"AzerGold" səhm emissiyasına başlayır Şirkət 2 mln. manatlıq nizamnamə kapitalını formalaşdırır
Maliyyə
186
2 Avqust , 2016 16:14
​AzerGold səhm emissiyasına başlayır

Bakı. 2 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası "AzerGold" QSC-nin səhm emissiyasını qeydə alıb. "Report" xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1 manat olan 2 mln. ədəd səhmin yerləşdirilməsini nəzərdə tutur.

"AzerGold" tam olaraq dövlətin mülkiyyətində olduğu üçün səhmlər qapalı yerləşdiriləcək. Bununla da Cəmiyyətin 2 mln. manatlıq nizamnamə kapitalı formalaşdırılacaq.

Xatırladaq ki, "AzerGold" Prezident İlham Əliyevin ötən il fevralın 11-də imzaladığı sərəncamla yaradılıb. Şirkət əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi