“AzerGold”un istiqrazları üçün hərracın tarixi açıqlanıb

“AzerGold”un istiqrazları üçün hərracın tarixi açıqlanıb Sentyabrın 24-də “Bakı Fond Birjası” QSC-də (BFB) “AzerGold” QSC-nin faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının 10 milyon ABŞ dolları məbləğində I tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Maliyyə
21 Sentyabr , 2020 12:22
“AzerGold”un istiqrazları üçün hərracın tarixi açıqlanıb
0 : 00
0 : 00

Sentyabrın 24-də “Bakı Fond Birjası” QSC-də (BFB) “AzerGold” QSC-nin faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının 10 milyon ABŞ dolları məbləğində I tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərrac bir gün davam edəcək və nəticələr də elə həmin gün açıqlanacaq.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək. Söhbət hər birinin nominal dəyəri 100 dollar olan 100 min ədəd istiqrazdan gedir. 3 il müddətində tədavüldə olacaq istiqrazların illik gəlirliliyi 4%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla belə, hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan bütün investisiya şirkətlərinə müraciət edə bilərlər.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Son xəbərlər

Orphus sistemi