"AzerGold” bu il büdcəyə 6 milyon manat ödəniş edib

"AzerGold” bu il büdcəyə 6 milyon manat ödəniş edib Bu ilin yanvar-avqust aylarında “AzərGold” QSC dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait ödəyib.
Maliyyə
8 Sentyabr , 2020 11:37
AzerGold” bu il büdcəyə 6 milyon manat ödəniş edib

Bu ilin yanvar-avqust aylarında “AzerGold” QSC dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait ödəyib.

“Report”un məlumatına görə, bu barədə şirkətin bu ilin 8 ayı üzrə əldə etdiyi iqtisadi nəticələrlə bağlı hesabatında bildirilir. 

Məlumata görə, həmin vəsaitin 4,8 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, 1,2 milyon manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilib. 

Ümumilikdə isə səhmdar cəmiyyəti indiyə qədər büdcəyə 36,7 milyon manat "xeyir verib". Bu vəsaitin 31,6 milyon manatı vergi, 5,1 milyon manatı isə sosial sığorta ödənişlərinin payına düşüb.

Son xəbərlər

Orphus sistemi