Ötən il “Azərenerji”nin kreditor borclarının silinməsindən gəliri 619 dəfə artıb

Ötən il “Azərenerji”nin kreditor borclarının silinməsindən gəliri 619 dəfə artıb "Azərenerji" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 3 713 924 min manat təşkil edib.
Maliyyə
1 İyul , 2019 17:12
Ötən il “Azərenerji”nin kreditor borclarının silinməsindən gəliri 619 dəfə artıb
google.az

"Azərenerji" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 3 713 924 min manat təşkil edib.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 61 milyon manat, yaxud 1,67% çoxdur.

2018-ci ildə "Azərenerji"nin cəmi öhdəlikləri 104 840 min manat, yaxud 3,98% azalaraq 2 527 840 min manata, cəmi kapitalı 165 846 min manat və ya 16,26% artaraq 1 186 084 min manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək əvvəlki illərdə olduğu kimi 1 760 495 min manat qalıb.

Ötən il "Azərenerji"nin elektrik enerjisi satışından gəliri 1 010 337 min manat (əvvəlki ilə nisbətən 35 133 min manat yaxud 3,48% çox), elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri 2 556 min manat (443 min manat yaxud 14,77% az), yanacaq xərcləri 518 534 min manat (ötən illə müqayisədə, təxminən, 129 050 min manat yaxud 19,93% az), köhnəlmə və amortizasiya xərcləri 178 973 min manat (4 163 min manat yaxud 2,27% az), təmir və texniki xidmət xərcləri 39 611 min manat (33 146 min manat yaxud 45,56% az), heyətlə bağlı xərclər (əmək haqqı xərcləri) 49 581 min manat (7 515 min manat yaxud 17,87% çox), gəlir vergisindən başqa digər vergiləri 40 568 manat (28 742 min manat 3,4 dəfə çox), xammal və material xərcləri 9 373 min manat (4 705 min manat yaxud 33,42% az), alınmış elektrik xərcləri 11 882 min manat (3 768 min manat yaxud 46,44% çox), kreditlərin və debitor borcların dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən zərəri 133 480 min manat (ötən il isə 141 166 min manat mənfəət olub), digər əməliyyat gəliri isə 14 139 min manat (2017-ci ildə isə 38 506 min manatlıq zərəri olub) təşkil edib. Son nəticədə şirkətin əməliyyat mənfəəti 80 163 min manat olub ki, bu da illik müqayisədə 56 272 min manat yaxud 41,25% azdır.

2018-ci ildə "Azərenerji"nin maliyyə xərcləri 42 238 min manat (2017-ci ilə nisbətən 1968 min manat və ya 4,45% az), xarici valyuta mübadiləsindən xalis gəliri 14 216 min manat (2017-ci ildə 15 818 min manatlıq zərərlə qetdə alınmışdı), kreditor borcların silinməsindən gəliri 84 840 min manat (84 703 min manat yaxud 619 dəfə çox), əmlak, tikinti və avadanlıqların dəyərsizləşməsindən itkisi isə 196 149 min manat (402 901 minmmanat yaxud 3,05 dəfə az) təşkil edib. Bununla da şirkətin vergiyəqədərki zərəri 59 168 min manat olub ki, bu da illik müqayisədə 463 341 min manat və ya 8,8 dəfə çoxdur.

Ötən il "Azərenerji" 79 452 min manat mənfəət vergisi ödəyib və ili 304 256 min manat zərərlə başa vurub. Bu, da əvvəlki ilə nisbətən 297 698 min manat yaxud 2 dəfə azdır.

Son xəbərlər

Orphus sistemi