Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu kəskin artıb

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu kəskin artıb Xarici investisiya qoyuluşu 5 mlrd. manata yaxınlaşıb
Maliyyə
162
19 Oktyabr , 2015 17:23
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu kəskin artıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 968,3 mln. manat vəsait yönəldilib. Bu da öz növbəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% çoxdur.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 450,6 mln. manatı (89,6 faizi) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya və İsveç sərmayədarlarına məxsus olub.

2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 831,2 mln. manat vəsait yönəldilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 0,5% artıb. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 8 209,8 mln. manat, bank kreditləri 660,5 mln. manat, büdcə vəsaitləri 2 211,8 mln. manat, büdcədənkənar fondların vəsaitləri 210,7 mln. manat, əhalinin şəxsi vəsaitləri 385,1 mln. manat, sair vəsaitlər 153,3 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi